Əfqan Sadıqov həbs edildi

Çaylarda mövcud vəziyyət açıqlanıb

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, bir neçə gün öncə Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-150, Kiçik Qafqazın çaylarında 40-80, Lənkəran-Astara bölgəsi çaylarında 10-30, Naxçıvan MR Naxçıvançay çayında isə 5 faizini təşkil edib.

Tranzit çaylardakı son vəziyyətə gəlincə, sentyabrın 17-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 10 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 125 m3/s olmaqla ongünlük normanın 90 faizini təşkil edib. 2017-ci ildə isə bu rəqəm 90 m3/s olmaqla ongünlük normanın 65 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Məntəqədə su sərfi 61 m3/s olmaqla, ongünlük normanın 67 faizini təşkil edib. 2017-ci ildə isə bu göstərici 12 m3/s təşkil edərək ongünlük normanın 13 faizinə bərabər olub.

Kür çayının aşağı axınında son vəziyyətə gəlincə, sentyabrın 17-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 3, Şirvanda 6, Salyanda 8, Bankədə 2 sm azalma qeydə alınıb, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Surra məntəqəsində suyun səviyyəsi 317 sm (2017-ci il sentyabrın 17-də 321 sm), Şirvanda 183 sm (2017-ci il sentyabrın 17-də 189 sm), Salyanda 127 sm (2017-ci il sentyabrın 17-də 124 sm), Bankədə 173 sm (2017-ci il sentyabrın 17-də 171 sm), Araz çayının Novruzlu məntəqəsində isə 28 sm (2017-ci il sentyabrın 17-də 60 sm) təşkil edib.

MilliYol.az

Bu dövrdə xəbər yoxdur.