Bakı bulvarında intihara cəhd olub
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbər görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Dənizkənarı Milli Park ərazisində 1 nəfər intihar məqsədilə özünü dənizə atıb və boğulmaq təhlükəsi ilə üzləşib.
Dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaş xilas edilib.
MilliYol.Az































