“Bu vəzifədə hamı Mehriban Əliyevanı görürdü” - Novruz Məmmədov



”Ötən il keçirilən referendumun nəticələrinə görə təsis edilən Azərbaycan Respublikasının birinci vitse-prezidenti vəzifəsində, heç şübhəsiz, hamı Mehriban xanım Əliyevanı görürdü”.

MilliYol.Az-ın APA-ya istinadən məlumatına görə,  bunu Prezident Administrasiyası rəhbərinin müavini, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün “facebook” səhifəsində yazıb.
 
“Əminəm ki, Mehriban xanım bu şərəfli və məsuliyyətli vəzifədə yeni-yeni uğurlara və nailiyyətlərə imza atacaq”, - deyə o qeyd edib. 

MilliYol.Az