Əfqan Sadıqov həbs edildi

Bu il mobil operatorlar 350 mln. manat gəlir əldə edib




Cari ilin yanvar-may ayları ərzində informasiya və rabitə müəssisələri 715,9 mln. manatlıq xidmət göstərib ki, onun da 72,1%-i əhali tərəfindən istehlak olunub

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 6,3% artıb, bu sahədə əldə edilmiş gəlirin 81,1%-i qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 48,8%-i və ya 349,6 mln. manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

MilliYol.Az
Bu il mobil operatorlar 350 mln. manat gəlir əldə edib - Milliyol.az