Əfqan Sadıqov həbs edildi

Bu il “İnterpol”un axtarışında olan 1344 nəfər sərhəddə saxlanılıb


Bu ilin 3 ayı ərzində interpolun axtarışında olan, həmçinin Azərbaycanın hüquq- mü­hafizə orqanları tərəfindən barəsində axtarış elan olunmuş 1344 şəxs dövlət sərhədindən buraxılış məntəqələrində müəyyən edilərək saxlanılnıb

Azərbaycan Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən “Report”a verilən məlumata görə, dövlət sərhədindən saxta və özgəsinə məxsus sənədlərlə keçməyə cəhd edən 76 nəfər saxlanılıb, onlardan 29 nəfəri Azərbaycan vətən­daşı olub. 47 nəfər əcnəbi vətəndaşın saxta sənədlərlə Azərbaycan Respublikası ərazisinə gəlmə və ölkə ərazisindən tran­zit istifadə etməklə Avro­pa ölkələrinə səfər etmə cəhdlərinin qarşısı alınmış, gəlişinin məqsədini izah edə bil­məyən 101 nəfər əcnəbi vətəndaş qanunsuz miqrant olması ehtimal edilərək arzuolunmaz şəxs qismində ölkə ərazisinə buraxıl­mayıb.

Belə ki, qeyd olunan dövr ərzində dövlət sərhədindən buraxılış məntə­qə­lərində 29 nəfər əcnəbinin, o cümlədən 17 nəfər Özbəkistan vətəndaşı, 3 nəfər Tacikistan vətəndaşı, 2 nəfər İİR vətəndaşı, 2 nəfər Qır­­ğızıstan vətəndaşı, 2 nəfər Qana vətəndaşı, 1 nə­fər Konqo vətəndaşı, 1 nəfər İordaniya vətən­daşı, 1 nəfər RF vətəndaşının sərhədkeçmə sənədlərinin saxta olması müəyyən edil­ib.

Azərbaycan Respublikası ərazisindən tranzit istifadə etməklə saxta viza və yaşamaq barədə vəsiqələrlə Avropaya səfər etməyə cəhd edən 18 nəfər əc­nəbi, o cümlədən 8 nəfər Şri-Lanka, 3 nəfər Pakistan, 2 nəfər İİR, 2 nəfər İraq, 2 nəfər Hindistan, 1 nəfər Konqo vətəndaşı saxlanılıb.

Bu müddət ərzində ölkəyə gəlmək məqsədlərini izah edə bilmədik­lə­rinə görə 27 nəfər Özbəkistan vətən­da­şı, 20 nəfər Pakistan vətəndaşı, 18 nəfər Hin­distan vətəndaşı, 8 nəfər Şri-Lanka vətəndaşı, 5 nəfər Qırğızıstan vətəndaşı, 4 nəfər İİR vətəndaşı, 4 nəfər Tacikistan vətən­da­şı, 3 nəfər Banqladeş vətəndaşı, 2 nəfər BƏƏ və­təndaşı, 2 nəfər İraq vətən­da­şı, 2 nəfər Əfqanıstan vətəndaşı, 2 nəfər Qana vətən­da­şı, 1 nəfər Konqo vətəndaşı, 1 nə­fər Səu­­diyyə Ərəbistanı vətəndaşı, 1 nəfər Suriya və­təndaşı, 1 nəfər Misir vətən­daşı ölkə ərazisinə buraxılmayıb.
Bu il “İnterpol”un axtarışında olan 1344 nəfər sərhəddə saxlanılıb - Milliyol.az