Əfqan Sadıqov həbs edildi

Bu il 13 bank filialı bağlanıb


Bu ilin yanvar-oktyabr aylarında banklara məxsus 13 filial bağlanıb

“APA-Economics” Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikaya istinadən xəbər verir ki, yanvar ayından noyabrın 1-dək bankların ümumilikdə 13 filialı fəaliyyətini dayandırıb.

Belə ki, əgər bu ilin yanvarın 1-nə ölkədə bankların filiallarının sayı 569 olubsa, oktyabrın sonunda bu göstərici 556-ya qədər azalıb. Oktyabrda bankların filiallarının sayı 1 ədəd azalıb.

Bundan fərqli olaraq, hesabat dövründə bank şöbələrinin sayında cüzi artım qeydə alınıb. Əgər bu ilin yanvarın 1-dək 131 bank şöbəsi fəaliyyət göstəribsə, apreldə şöbələrin sayı 142-yə yüksəlib.

Qeyd edək ki, cari ilin 10 ayında ölkədə 31 bank fəaliyyət göstərib.

Bu dövrdə xəbər yoxdur.

Bu il 13 bank filialı bağlanıb - Milliyol.az