Əfqan Sadıqov həbs edildi

Bu gün “Qarabağ” Bakıda “Arsenal”ı qəbul edəcək

Oktyabrın 4-də Avropa Liqasının qrup mərhələsində ikinci turun oyunları çərçivəsində “Qarabağ” komandası İngiltərənin "Arsenal" klubunu qəbul edəcək

Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:55 başlayacaq. oyunu İtaliyadan hakimlər briqadası idarə edəcək. Matçın əsas hakimi Davide Massa olacaq. Filippo Meli və Alessandro Kostantso yan xətt hakimi funksiyasını yerinə yetirəcəklər.

E qrupun digər oyunu Ukraynada oynanılacaq. "Vorskla" klubu Portuqaliyanın "Sportinq" komandasını qəbul edəcək.

İlk turda "Arsenal" "Vorskla"nı (4:2), "Sportinq" isə "Qarabağ"ı (2:0) məğlub etmişdi.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Bu gün “Qarabağ” Bakıda “Arsenal”ı qəbul edəcək - Milliyol.az