Əfqan Sadıqov həbs edildi

Britaniya Formula 1 zamanı Bakıya səfər edəcək vətəndaşları üçün səfər tövsiyəsi verib


Böyük Britaniya hökuməti Formula 1 Qran Prisi çərçivəsində Bakıya səfər edəcək vətəndaşlarına səfər tövsiyəsi verib

APA-nın Britaniya hökumətinin saytına istinadən verdiyi məlumata görə, tövsiyədə Britaniya vətəndaşlarının Azərbaycana daxil olması üçün viza tələb olunduğu qeyd olunub. Həmçinin vətəndaşlar üçün Azərbaycanda  aprelin 27-29-da Qran Pri keçiriləcək vaxtda havanın temperaturu və nəqliyyat imkanları barədə məlumat verilib.

Qeyd olunur ki, Bakıda cinayətin səviyyəsi aşağıdır. Bununla belə, Britaniya hökuməti vətəndaşlarını ehtiyatlı olmağa çağırıb.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Britaniya Formula 1 zamanı Bakıya səfər edəcək vətəndaşları üçün səfər tövsiyəsi verib - Milliyol.az