Əfqan Sadıqov həbs edildi

BNA: Avtobus sürücülərini 8 saat əvəzinə 15 saat işlədən daşıyıcılar var


"Aparılan araşdırmalar onu göstərir ki, nəqliyyat sahəsində hələ də işlər öz qaydasında getmir"

MilliYol.Az "APA-Economics"-a istinadən xəbər verir ki, bunu daşıyıcılarla keçirilən görüşdə Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktorunun müşaviri Mübariz Abbasov bildirib.
 
"Son vaxtlar baş verən yol-nəqliyyat hadisələri onu göstərir ki, bir çox daşıyıcıların istehsalat bazası yoxdur. Bu cür bazası olmayan daşıyıcıların avtobuslarının nə texniki müayinəsi, nə də sürücülərin tibbi müayinəsi həyata keçirilir. Bundan başqa, sürücüləri 8 saat əvəzinə 14-15 saat işlədən daşıyıcılar var. Bu problemi aradan qaldırmaq üçün sürücü bazası yaradılmalıdır", - deyə M. Abbasov qeyd edib.

Müşavir avtoparkların da standartlara cavab vermədiyini əlavə edib.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

BNA: Avtobus sürücülərini 8 saat əvəzinə 15 saat işlədən daşıyıcılar var - Milliyol.az