“Biz ABŞ-ın yeni sanksiyalarından qorxmuruq”unu İran prezidenti Həsən Ruhani deyib.
“Xalq bilməlidir ki, hökumət ABŞ-ın hədələrindən qorxmur”, - o vurğulayıb.
Xatırladaq ki, ABŞ noyabrın 4-də İrana qarşı sanksiyaların ikinci mərhələsinin tətbiqinə başlayacaq. Bu sanksiya İranın energetika sahəsini əhatə edəcək.
Qeyd edək ki, bu ilin avqustunda ABŞ İrana qarşı sanksiyaların birinci mərhələsini tətbiq etmişdi.
MilliYol.Az































