Əfqan Sadıqov həbs edildi

Bitkoinə pul qoyanlar böyük zərərdə – Bazar çökür



Dünyanın kriptovalyuta bazarı buraya pul yatıranları məyus edib. Bu gün yanvarın 31-də virtual valyutalar ciddi şəkildə ucuzlaşıb

FED.az xəbər verir ki, kriptovalyutalar ən azı 10% dəyər itirib. Beləliklə, son sutka ərzində ən böyük bazar kapitallaşmasına malik olan 100 kriptovalyutadan 96-sının qiyməti enib. Yalnız 4 virtual valyutanın qiymətində cüzi bahalaşma müşahidə edilir.

Əsas kriptovalyutalardan sayılan Bitkoinin qiyməti son sutkada 10,34% ucuzlaşaraq 9,9 min dollara enib. Etherium isə 7,81% ucuzlaşaraq 1 069 dollara düşüb.

Yanvarın əvvəlində ciddi bahalaşma ilə diqqət çəkən Ripple da 12,36% dəyər itirib. Bu gün virtual valyutanın qiyməti 1,12 dollardır.

Ən böyük ucuzlaşma Dent adlı virtual valyutada baş verib. Bu kriptovalyuta 24% ucuzlaşaraq 0,03 dollara çatıb.

Ən böyük bahalaşma isə Revain-də müşahidə edilib. Bu kriptovalyutanın dəyəri 60,04% bahalaşaraq 1,70 dollara çatıb.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Bitkoinə pul qoyanlar böyük zərərdə – Bazar çökür - Milliyol.az