Əfqan Sadıqov həbs edildi

Bitkilərlə bağlı dərmanlama işlərinə başlanılacaq

İyulun 1-dən etibarən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahədə dövlət nəzarətini həyata keçirəcək

MilliYol Trend-ə istinadən xəbər verir ki, bunu Agentliyin sədri Qoşqar Təhməzli mətbuat konfransında deyib.

Q.Təhməzli bildirib ki, qida məhsullarının dövlət qeydiyyatının aparılması "ASAN xidmət" vasitəsilə həyata keçiriləcək:

"Müəssisələrdə istehsal olunan məhsullar beynəlxalq ekspertizaya cəlb olunacaq. Bu da risk qrupuna görə dəyərləndiriləcək. Ekspertlər məhsulu risk qrupuna görə qiymətləndirib laboratoriyaya göndərəcək".

Agentliyin sədri əlavə edib ki, iyulun 1-dən etibarən Kənd Təsərrüfatı Nazirliyi baytarlıq sahəsində vaksinasiya işlərini həyata keçirəcək: "Eyni zamanda, bitkilərlə bağlı dərmanlama işlərinə başlanılacaq".

Bitkilərlə bağlı dərmanlama işlərinə başlanılacaq - Milliyol.az