Birinci vitse-prezidentin Katibliyində yeni təyinat

Azərbaycanın Birinci vitse-prezidentinin Katibliyində yeni təyinat olub.

MilliYol.Az “Report”a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamı ilə Eldar Rzayev Azərbaycan Respublikası Prezidentinin protokol xidməti rəisinin müavini - Birinci vitse-prezidentin protokol sektorunun müdiri təyin edilib.

Bu sərəncama qədər E.Rzayev Azərbaycan Respublikası Prezidentinin Protokol xidməti rəisinin müavini vəzifəsini tuturdu.

MilliYol.Az