Əfqan Sadıqov həbs edildi

Binada yanğın: 10 sakin təxliyə edilib


Bakı və Mingəçevirdə yanğın hadisəsi qeydə alınıb

Milli.Az FHN-nin saytına istinadən bildirir ki, paytaxtın Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 2-ci mərtəbəsində sayğac və 30 p.m elektrik kabeli yanıb. Yanğın zamanı mənzillərdən 10 nəfər sakin təxliyə edilib. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​

Mingəçevir şəhərində ümumi sahəsi 15 m2 olan 1 otaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları yanıb. Qonşu mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Bu dövrdə xəbər yoxdur.

Binada yanğın: 10 sakin təxliyə edilib - Milliyol.az