Əfqan Sadıqov həbs edildi

Bilgəhdə yol qəzası: 1 ölü, 2 yaralı


Sabunçu rayonunun Bilgəh qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib

DİN-dən verilən məlumata görə, iyulun 8-də saat 16 radələrində Sabunçu rayonunun Bilgəh qəsəbəsi ərazisində Bakı şəhər sakini Emil Ağayev “Mercedes” markalı avtomobili idarə edərkən onu (təkərin cırılması nəticəsində) aşırıb. 

Nəticədə E.Ağayevin sərnişinlərindən Qazax rayon sakini Nicat Kazımov hadisə yerində ölüb, özü və digər sərnişini, Şəki rayon sakini Ruslan Şərifov xəstəxanaya yerləşdirilib.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.
Bilgəhdə yol qəzası: 1 ölü, 2 yaralı - Milliyol.az