Əfqan Sadıqov həbs edildi

Biləsuvarda sərnişin avtobusu qəzaya düşüb


Biləsuvar rayonunda sərnişin mikroavtobusu qəzaya düşüb. Hadisə bu gün səhər saatlarında rayonun giriş hissəsində qeydə alınıb

Belə ki, Lənkarandan Bakı istiqamətində hərəkətdə olan sərnişin daşıyan mikroavtobusla “Mersedes” markalı minik avtomobili toqquşub. İlkin məlumata görə, 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Biləsuvarda sərnişin avtobusu qəzaya düşüb - Milliyol.az