Biləsuvarda qəza - 2 nəfər öldü


İyulun 5-də saat 4 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində Bakı şəhər sakini Əli Kərimlinin idarə etdiyi “İsuzu” (yük) və Cəlilabad rayon sakini Rəşad Həsənovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub

DİN-dən verilən məlumata görə, nəticədə R.Həsənov və sərnişinlərindən həmyerlisi Saməddin İsmayılov hadisə yerində ölüb, digər iki sərnişini xəstəxanaya yerləşdiriliblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Biləsuvarda qəza - 2 nəfər öldü - Milliyol.az