Əfqan Sadıqov həbs edildi

Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb


Biləsuvar rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Xırmandalı və Əliabad kəndləri arasındakı ərazidə qeydə alınıb.

Belə ki, rayonun Əliabad kənd sakini, 1983-cü il təvəllüdlü Qabil Vilayət oğlu Qasımov "VAZ 2107" markalı avtomobil tərəfindən vurulub.

Yaralı xəstəxanaya çatdırılsada, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb - Milliyol.az