Əfqan Sadıqov həbs edildi

Bəzi rayonlarda təhsil infrastrukturunun inkişafına 5,05 milyon manat ayrılıb


Azərbaycan prezidenti İlham Əliyev Qax, Qəbələ, Oğuz və Şəki rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb

APA-nın məlumatına görə, Qax, Qəbələ, Oğuz və Şəki rayonlarında cəmi 956 şagird yerlik modul tipli 15 məktəbin quraşdırılması məqsədi ilə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 5 056 000 manatı Təhsil Nazirliyinə ayrılıb.
 
Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

MilliYol.Az
Bəzi rayonlarda təhsil infrastrukturunun inkişafına 5,05 milyon manat ayrılıb - Milliyol.az