Əfqan Sadıqov həbs edildi

Bəxtiyar Məmmədovdan yeni təyinat

“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinə sədr əvəzi təyin edilib.

MilliYol.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini Bəxtiyar Məmmədov sərəncam imzalayıb.

Sərəncama əsasən, qurumun müavini Ruslan Aslan oğlu Kəngərliyə "Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sədr vəzifəsinin müvəqqəti icrası həvalə edilib.

Qeyd edək ki, “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Bəhruz Əli oğlu Əsgərov vəzifəsindən azad edilib.

 

Bu dövrdə xəbər yoxdur.

Bəxtiyar Məmmədovdan yeni təyinat - Milliyol.az