Əfqan Sadıqov həbs edildi

“Beşiktaş”ın futbolçusu millimizdən dəvət gözləyir

Türkiyənin “Beşiktaş” klubunun futbolçusu Hüseyin Seyliğli Azərbaycan millisindən dəvət gözləyir

Bu barədə Oxu.Az-a futbolçunun özü məlumat verib:

“Mən 14 yaşımdan bəri Azərbaycanın aşağı yaş qruplarından ibarət millidə çıxış etmişəm. Azərbaycan millisində çıxış etmək mənim üçün qürurverici hissdir. “Beşiktaş”ın əsas komandası ilə “Altınordu”ya qarşı start heyətdə meydana çıxdım.

Təəssüf ki, həmin matçda zədələndim. MRT zamanı yırtıq aşkarlandı. Üç həftə oynamayacağım bəlli oldu. Amma sağaldıqdan sonra Rəşad Sadıqovdan U-21 millisinə dəvət gözləyirəm”.

Qeyd edək ki, Hüseyin Seyliğli sonuncu dəfə ötən il 19 yaşadək millimizin seçmə mərhələsində çıxış edib.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

“Beşiktaş”ın futbolçusu millimizdən dəvət gözləyir - Milliyol.az