Əfqan Sadıqov həbs edildi

Bərdədə quldurluq edən şəxs saxlanılıb


Bu barədə DİN mətbuat xidmətindən məlumat verilib

Bildirilib ki, avqustun 1-də rayonunun Əyricə kəndi ərazisində naməlum şəxs rayonun Alpoud kənd sakini Qulu Aləşrəfovu bıçaqla hədələyərək mobil telefonunu alıb.

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən rayonun Soğanverdilər kənd sakini Rəşad Mustafayev saxlanılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.
Bərdədə quldurluq edən şəxs saxlanılıb - Milliyol.az