Əfqan Sadıqov həbs edildi

Bərdə sakini arvadını “kuvalda“ ilə öldürüb, özü isə intihar edib


Bərdədə dəhşətli qətl hadisəsi törədilib

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Hacallı kəndində baş verib.
 
Kənd sakini Saday Əliyev həyat yoldaşı Gülbəniz Mehdiyevanın başından "kuvalda" ilə vuraraq öldürüb.
 
Bundan sonra övladlarına hücum edən S. Əliyev qızı Məleykə Əliyeva və oğlu Murad Əliyevə ağır xəsarətlər yetirib.
 
Daha sonra o, həyətlərindəki ağacdan özünü asıb.
 
S. Əliyevin övladları qonşuların köməkliyi ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
 
Xəstəxanadan verilən məlumata görə, vəziyyətləri ağırdır.
 
Hadisənin səbəbləri araşdırılır.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Bərdə sakini arvadını “kuvalda“ ilə öldürüb, özü isə intihar edib - Milliyol.az