Əfqan Sadıqov həbs edildi

Bekhem evini 33 milyona satır

Devid və Viktoriya Bekhem Beverli-Hilsdə yerləşən evini satışa çıxarıb

MilliYol.Az Axşam.az-a istinadən xəbərinə görə, cütlük sözügedən evi 2007-ci ildə almışdı. Devid "LA Galaxy" klubu ilə imzaladığı 250 milyonluq müqavilədən aldığı gəlirin bir hissəsini bu villaya ödəmişdi.

Dəbdəbəli ev 33,1 milyon dollara satışa çıxarılıb. 1200 kvadratmetr ərazisi olan ev 6 yataq, 9 vanna otağından və hovuzdan ibarətdir.

Devid və Viktoriya övladları ilə burada 11 il yaşayıblar. Evin ətrafı təhlükəsizlik dəmirləri ilə əhatə edilib. Evi satmalarına səbəb ailənin çox vaxt Londonda yaşamasıdır.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Bekhem evini 33 milyona satır - Milliyol.az