Əfqan Sadıqov həbs edildi

Bayram Kürdəxanılının anası vəfat etdi


Mərhum tanınmış meyxanaçı Bayram Kürdəxanılının anası 1934-cü il təvəllüdlü Səkinə Quliyeva dünyasın dəyişib

Səkinə Quliyeva uzun sürən xəstəlikdən sonra dünyasın dəyişib.

Mərhum Kürdəxanı qəbiristanlığında, oğlu Bayram Kürdəxanılının yanında dəfn olunub.

Xatırladaq ki, ötən ilin avqust ayının 23-də toy mərasimindən evə qayıdan meyxana ustası Kürdəxanı qəsəbə ərazisində yolu keçərkən Emin Fərhadovun idarə etdiyi "Peugeot" markalı, 10-PS-782 dövlət seriya nişanlı avromobil onu vurub. 

Nəticədə meyxana ustası ağır xəsarət alıb. Hadisəni törətmiş sürücü Bayram Kürdəxanılını 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. (unikal.org)

Bu dövrdə xəbər yoxdur.

Bayram Kürdəxanılının anası vəfat etdi - Milliyol.az