Əfqan Sadıqov həbs edildi

Bayram Kürdəxanılını maşınla vuran şəxs Ağamirzənin qohumu imiş


Gecə saatlarında dünyasını dəyişən meyxanaçı Bayram Kürdəxanılını maşınla vuran şəxs Ağamirzə Məmmədovun qohumu imiş

Bu haqda Axşam.az-a açıqlamasında meyxanaçı deyib. O bildirib ki, qəzanı törədən Ramin Fərhadovla uzaqdan qohumluqları var:

“Qardaşım tərəfdən qohumluğumuz var. Amma uzaq düşür. Heç üz-üzə gəlsəm, tanımaram”.

Meyxanaçı bildirib ki, qəza xəbərini eşidən kimi xəstəxanaya həmkarının yanına gedib:

“Vəziyyəti çox ağır idi. Həkimlər xilas edə bilmədi. Nə danışa, nə də görə bilridi”.

Qeyd edək ki, meyxana ustası qəsəbə ərazisində yolu keçərkən Ramin Fərhadovun idarə etdiyi "Peugeot" markalı, "10 PS 782" dövlət seriya nişanlı avromobil onu vurub. Ağır kəllə-beyin travması və müxtəlif dərəcəli bədən xəsarətləri alan meyxanaçını sürücü 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Bayram Kürdəxanılını maşınla vuran şəxs Ağamirzənin qohumu imiş - Milliyol.az