Əfqan Sadıqov həbs edildi

Bayıl sürüşmə sahəsində vəziyyət açıqlanıb



Bayıl sürüşmə sahəsində mövcud vəziyyət açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov Bunu APA-ya deyib ki, Bayıl sürüşmə sahəsində ciddi aktivlik müşahidə olunmur.
 
Dəstə rəisi qeyd edib ki, sürüşmə sahəsindəki çatlarda, ərazidə quraşdırılmış mayaklarda hər hansı dəyişiklik baş verməyib: “Sürüşmə sahəsində hazırda aktivlik müşahidə olunmur. Yağışlar gecədən yağmağa başlayıb. Sürüşmənin aktivləşməsi üçün yağıntılar müəyyən qatlara çatmalıdır”.
 
Qeyd edək ki, bir müddət əvvəl Bayılda sürüşmənin aktivləşməsi nəticəsində ərazidəki 4 evə ziyan dəyib, 90-dan çox evin sakini ərazidən köçürülüb.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Bayıl sürüşmə sahəsində vəziyyət açıqlanıb - Milliyol.az