Əfqan Sadıqov həbs edildi

Baş nazir pambıqçılıqla bağlı xüsusi müşavirə keçirdi


İyunun 22-də Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun yanında pambıqçılq sahəsinin inkişafı ilə əlaqədar qarşıda duran bəzi məsələlərə həsr olunmuş müşavirə keçirilib

Nazirlər Kabinetinin Mətbuat xidmətindən daxil olan məlumata görə, müşavirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkədə pambıqçılığın inkişafında məhsuldarlığın artırılmasının təmin edilməsi barədə verilən  tapşırıqdan irəli gələn bir sıra vacib məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
 
Müşavirənin yekununda Baş nazir Novruz Məmmədov müzakirə olunan məsələlərə dair aidiyyatı qurumların rəhbərlərinə müvafiq  tapşırıqlar verib.

Bu dövrdə xəbər yoxdur.

Baş nazir pambıqçılıqla bağlı xüsusi müşavirə keçirdi - Milliyol.az