Əfqan Sadıqov həbs edildi

Baş həkim vəzifədən getdi


Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında kadr dəyişikliyi baş verib.

Modern.az-a daxil olan məlumata görə, klinikanın baş həkimi Asiman Həsənov tutduğu vəzifədən öz ərizəsilə azad olunub.

Məlumata görə, baş həkim bəzi səlahiyyətlərinin alınması ilə razılaşmayaraq vəzifədən getməyə qərar verib.

Xəbəri dəqiqləşdirmək üçün Tədris Cərrahiyyə Klinikası ilə əlaqə saxladıq. Klinikadan bildirdilər ki, Asiman Həsənov elmi fəaliyyəti ilə əlaqədar öz ərizəsi ilə vəzifədən ayrılıb.

Hələ onun yerinə yeni təyinat olmayıb.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Baş həkim vəzifədən getdi - Milliyol.az