Əfqan Sadıqov həbs edildi

"Barselona"nı eşitdim, zarafat olduğunu düşündüm" - Klopp



"Mançester Siti" çox yaxşı hücum etdi. Biz də müdafiədə əla oynadıq. Salahın vurduğu qol matçın qırılma nöqtəsi oldu. Layiqli qələbə qazandıq. Ancaq daha da yaxşı oynaya bilərik"

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Liverpul"un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının 1/4 finalında "Mançester Siti"yə 2:1 hesabı ilə qalib gəldikləri cavab oyunundan sonra deyib.

O, bu matçda ən yaxşı oyunlarını nümayiş etdirmədiklərini vurğulayıb: "Ancaq yarımfinalda olmağa layiqik".

Y.Klopp "Roma"nın "Barselona"nı mübarizədən kənarlaşdırmasına da münasibət bildirib: "Kimsə mənə "Barselona"nın mübarizəni dayandırdığını dedi, zarafat olduğunu düşündüm. "Roma"ya hörmətsizlik olmasın. Möhtəşəm komandadırlar".

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

"Barselona"nı eşitdim, zarafat olduğunu düşündüm" - Klopp - Milliyol.az