Əfqan Sadıqov həbs edildi

“Barselona” klubu avtoqollar üzrə rekord müəyyənləşdirdi


İspaniyanın "Barselona" klubu yeni rekord müəyyənləşdirib

MilliYol.Az report-a istinadən xəbər verir ki, rəqibləri Kataloniya təmsilçisinə qarşı cari mövsüm Çempionlar Liqasının oyunlarında 5 avtoqola imza atıblar. Çempionlar Liqasının 1/4 final mərhələsində evdə "Roma" ilə matçda da İtaliya təmsilçisinin iki futbolçu Daniele De Rossi və Konstantinos Manolas topu öz qapısından keçirib. Görüş "Barsa"nın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

Qeyd edək ki, digər avtoqollar Çempionlar Liqasının qrup mərhələsində qeydə alınıb. Portuqaliyanın "Sportinq" klubunun futbolçuları Jeremi Matyö, Sebastyan Koates və Yunanıstanın "Olimpiakos" komandasından Dimitrios Nikolau "Barselona" ilə görüşdə avtoqol müəllifi olub.

Bu dövrdə xəbər yoxdur.

“Barselona” klubu avtoqollar üzrə rekord müəyyənləşdirdi - Milliyol.az