Əfqan Sadıqov həbs edildi

“Barselona“ Çin klubu ilə razılığa gəldi


“Barselona”nın futbolçusu Xavyer Maskeranonun klubunu tərk edəcəyi dəqiqləşib

Qol.az-ın xəbərinə görə, bu barədə məlumatı “El Mundo Deportivo” yayıb.

"Barselona"nın Maskeranonun keçidi ilə bağlı Çinin “Xebey Çayna Forçun” klubu ilə razılığa gəldiyi bildirilir.

Argentinalı futbolçu İspaniya kubokunun 1/4 final mərhələsinin “Espanyol”la yanvarın 24-də keçiriləcək cavab görüşündən sonra Kataloniya klubunu tərk edəcək.

Xəbərdə "Barsa"nın Maskeranonun transferindən 10 milyon avro qazanacağı bildirilib.

Qeyd edək ki, 33 yaşlı futbolçu 2010-cu ildən "Barselona"da çıxış edir.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

“Barselona“ Çin klubu ilə razılığa gəldi - Milliyol.az