Əfqan Sadıqov həbs edildi

Banklar dolları bir az da bahalaşdırdı - QİYMƏTLƏR

Bu gün fevralın 14-də Mərkəzi Bank dolların məzənnəsini stabil saxlamasına baxmayaraq banklarda valyutanın satış və alış qiymətlərinin daha da bahalaşması müşahidə olunur.

MilliYol.Az fins.az-a istinadən xəbər verir ki, səhər saatlarında 1 dollar 1.5300 manatdan yüksək alınır, 1.7600 manatdan baha satılır.

Dünən dolları 1.6000 manata alıb, 1.7310 manata satan “Accessbank” bu gün 1.6300 manata alır, 1.7600 manata satır. “Nikoil Bank” dünən 1 dolları 1.6300 manata alırdı, 1.7500 manata satırdı. Bu gün isə 1.6800 manata alır, 1.7800 manata satır. “Turanbank” həmçinin alışı 1.6000 manatdan 1.6700 manata, satışı 1.7800 manatdan 1.73 manata qaldırıb.

MilliYol.Az 

Bu dövrdə xəbər yoxdur.

Banklar dolları bir az da bahalaşdırdı - QİYMƏTLƏR - Milliyol.az