Bank əmanətlərində dollarlaşma azalıb


2017-ci ildə əhalinin bank əmanətləri 1,5 faiz artaraq 7 milyard 561,2 milyon manat təşkil edib

Oxu.Az xəbər verir ki, dekabr ayında əhalinin bank əmanətləri 2,6 faiz artıb.

Xarici valyutada olan əmanətlərin həcmi 5 milyard 2,3 milyon dollar olub. Xarici valyutada olan əmanətlərin həcmi il ərzində 15,2 faiz azalıb. 

Yerli valyutada olan əmanətlərin həcmi 2 milyard 532 milyon dollar (66,9 faiz artım) artıb.

Qeyd edək ki, xarici valyutada əmanətlərin həcminin azalmasına baxmayaraq, hələ də bank əmanətlərinin 66,5 faizi xarici valyutada, 33,5 faizi manatdadır.