Əfqan Sadıqov həbs edildi

Balaxanı-Binəqədi yolunun bir hissəsi nəqliyyatın hərəkəti üçün məhdudlaşdırılacaq


Binəqədi rayonu Balaxanı- Binəqədi avtomobil yolunun kəsişməsindən Mehdiabad- Digah yolunun kəsişməsinədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti 15 avqust tarixindən etibarən qismən məhdudlaşdırılacaq

Bu barədə “APA-Economics”ə “Azəravtoyol” ASC-dən məlumat verilib. Nəqliyyatın hərəkətinin məhdudlaşdırılması sözügedən ərazidə aparılacaq təmir işləri ilə əlaqədardır.
 
“Sözügedən avtomobil yolunda məhdudlaşdırma təmir işləri bitənədək – yəni 4 gün avqust ayının 19- na kimi qüvvədə olacaq. “Azəravtoyol” ASC vətəndaşlardan yarana biləcək narahatlığa görə öncədən üzr istəyir, sürücülərdən alternativ yol kimi Zabrat – Məhəmmədi – Pirşağı avtomobil yolundan istifadə etmələrini tövsiyə edir”, - deyə məlumatda vurğulanıb.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Balaxanı-Binəqədi yolunun bir hissəsi nəqliyyatın hərəkəti üçün məhdudlaşdırılacaq - Milliyol.az