Bakının üç yolunda hərəkət qismən məhdudlaşdırılır


Yasamal rayonu Abdulvahab Salamzadə küçəsində rəngləmə işləri aparılır

“Azəravtoyol” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, rəngləmə işləri axşam saatlarınadək yekunlaşdırılacaq.

Analoji işlər bu axşam 22:00-dan etibarən Yasamal rayonu Tbilisi və İnşaatçılar prospektlərində də aparılacaq. Burda işlər səhər saatlarınadək yekunlaşdırılacaq.

"Azəravtoyol” ASC sürücülərdən alternativ yollardan istifadə etməyi tövsiyə edir.

MilliYol.Az