Əfqan Sadıqov həbs edildi

Bakının məşhur özəl klinikalarının külli miqdarda borcu yaranıb (SİYAHI/MƏBLƏĞ)

Bakıda fəaliyyət göstərən bir sıra özəl klinikaların İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə vergi borcu yaranıb. 
 
Qaynarinfo-nun məlumatına görə, qanuni təmsilçisi Sərdar Seyidov Ağamir oğlu olan, Çobanzadə küçəsi 24/05 ünvanında yerləşən "Nigar" klinikasının Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 51236.77 manat vergi borcu var. Klinikanın təsisçisi ixtisasca həkim olan iş adamı Şahbaz Şahbazovdur. 
 
 
Həmçinin digər tanınmış klinikaların da Dövlət Vergi Xidmətinə borcu var:
 
* "Hi-fi Stomatologi Klinika" MMC - 19617.89 manat
* "Loğman Klinikası" MMC - 2628.48 manat
* "Hind Klinikası" MMC - 5641.44 manat
* Tibb Universitetinin Tədris Stomatoloji Klinikası - 6524.04 manat
* "El Amor Estetik Klinika" MMC - 2230.80 manat
* "Lb Clinic" MMC - 6513.13 manat 
* "Modern Clinic Chen" MMC - 1692.87 manat
* "Caspian Medical"MMC - 7484.37 manat 
 
 

Bu dövrdə xəbər yoxdur.

Bakının məşhur özəl klinikalarının külli miqdarda borcu yaranıb (SİYAHI/MƏBLƏĞ) - Milliyol.az