Əfqan Sadıqov həbs edildi

Bakının bütün işıqforları vahid mərkəzdən idarə ediləcək


Nəqliyyat və yol təhlükəsizliyi məsələləri üzrə ekspert Ərşad Hüseynov Bakı Nəqliyyat Agentliyinin publik hüquqi şəxs kimi nizamnaməsi təsdiqlənməsinə münasibət bildirib

Bu barədə sosial şəbəkədə yazan Ə. Hüseynov  vurğulayıb ki, sözügedən  nizamnamədə çox ciddi yeniliklər var: 

“Nəhayət ki, bizim ölkəmizdə də svetoforların, yol nişanlarının, nişanlanma xətlərinin və yol hərəkəti təşkilinin digər texniki vasitələrinin tətbiqi ilə əlaqədar milli qanunvericiliyimiz olacaq, sovet dövründən qalan aktlara istinad etməkdən canımız qurtaracaq. Eyni zamanda Bakıdakı bütün parklanma yerləri, bütün avtobus və taksi dayanacaqları da Agentliyin balansına veriləcək.

Bakının bütün “svetofor”ları vahid mərkəzdən idarə ediləcək. Paytaxtın bütün küçələrində hərəkətin təşkili vəziyyəti təhlil olunacaq və təbii ki, xeyli əhəmiyyətli düzəlişlər olacaq.

Bu dövrdə xəbər yoxdur.

Bakının bütün işıqforları vahid mərkəzdən idarə ediləcək - Milliyol.az