Əfqan Sadıqov həbs edildi

Bakının 2 yolunda hərəkət məhdudlaşdırılır


Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Sabunçu yol qovşağından Zabrat qəsəbəsi istiqamətində və əksinə, həmçinin Ziya Bünyadov prospetinin Böyük Şor yol qovşağı ilə kəsişən hissəsində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, rənglənmə işləri axşam saatlarına qədər davam etdiriləcək.

Bu məqsədlə avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılacaq.

Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Bu dövrdə xəbər yoxdur.

Bakının 2 yolunda hərəkət məhdudlaşdırılır - Milliyol.az