Əfqan Sadıqov həbs edildi

Bakıdakı “Şərq bazarı” bağlanır


"Şərq bazarı" təmirə bağlanacaq. Bu barədə “Qafqazinfo”ya məlumatı bazar rəhbərliyi və satıcılar veriblər

Satıcıların sözlərinə görə, onlara aprel ayının 1-nə kimi mağazaları boşaltmaq tapşırılıb: “Bizə sadəcə dedilər ki, təmir işi aparılacaq, mart ayının 31-i son gündür. Daha bilmirik, təmir nə müddətə aparılacaq. Həmin vaxtda işimizi müxtəlif bazarlarda davam etdirəcəyik”.

Bazar rəhbərliyi də yaxın zamanda təmir işinə başlanılacağını təsdiqləyib: “Hazırda bazarda hər hansı təmir işi getmir. İşlərin başlanması aprel ayından etibarən nəzərdə tutulub. Təmir bitdikdən sonra satıcıların qayıdıb-qayıtmaması onlardan asılıdır. Bəlkə daha yaxşı yer tapacaqlar”.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Bakıdakı “Şərq bazarı” bağlanır - Milliyol.az