Əfqan Sadıqov həbs edildi

Bakıdakı dövlət binasında lift qırıdı: 8 yaralı - SİYAHI


Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) inzibati binasında lift qırılıb.
 
Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gün axşam saat 21.30 radələrində qeydə alınıb.
 
Yeddi mərtəbəli binanın 3-cü mərtəbəsində lift qırılaraq şaxtaya düşüb. Nəticədə liftə olan şəxslər – 1965-ci il təvəllüdlü Aydın Məmmədov, 1979-cu il təvəllüdlü Faiq Heydərov, 1977-ci il təvəllüdlü Samir Poladov, 1955-ci il təvəllüdlü Seyidəli Cəlalov, 1976-cı il təvəllüdlü Ceyhun Quliyev, 1980-cı il təvəllüdlü Emil Raviloğlu, 1983-cü il təvəllüdlü Samirə Xəlilova və 1981-ci il təvəllüdlü Günel Qasımova xəsarətlə xəstəxanaya yerləşdiriliblər.
 
Onların xəsarəti yüngül olub. 

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Bakıdakı dövlət binasında lift qırıdı: 8 yaralı - SİYAHI - Milliyol.az