Bakıdakı ATS-lərdə ixtisarlar başladı


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında "Bakı Telefon Rabitəsi" MMC-nin tabeliyindəki telefon qovşaqlarının ləğv olunması ilə əlaqədar paytaxtdakı avtomat telefon stansiyalarında (ATS) ixtisarlar həyata keçirilir

Işçilərin, təxminən, yarısı aylıq əmək haqqının 2 misli qədər təzminat ödəmək şərti ilə vəzifəsindən kənarlaşdırılır. 

Onlara hər telefon qovşağından 100 nəfərin işdə saxlanılacağı bildirilir. (report.az)
Bakıdakı ATS-lərdə ixtisarlar başladı - Milliyol.az