Əfqan Sadıqov həbs edildi

Bakıdakı 6 nömrəli marşrutun hərəkət sxemi dəyişdirildi


Paytaxtda 6 nömrəli marşrut xətti üzrə işləyən avtobusların hərəkət sxemində dəyişiklik edilib

Bakı Nəqliyyat Agentliyindən (BNA) virtualaz.org-a verilən məlumata görə, dəyişikliyə əsasən 6 nömrəli marşrut xətti üzrə avtobuslar Nəriman Nərimanov prospektində yerləşən 173 nömrəli məktəbin qarşısınadək hərəkət edəcək.

Dəyişiklik edilməsinə səbəb qeyd edilən ünvanlarda yaşayan sakinlərin BNA-ya çoxsaylı müraciətləri və sözügedən məktəbə sərnişinlərin rahat, təhlükəsiz gediş-gəlişini təmin etməkdir.

Agentlikdən bildirilib ki, sınaq müddəti məqsədilə 6 nömrəli xətt üzrə avtobuslar yenilənmiş trayektoriya üzrə hərəkət edir.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Bakıdakı 6 nömrəli marşrutun hərəkət sxemi dəyişdirildi - Milliyol.az