Əfqan Sadıqov həbs edildi

Bakıda yük maşını aşıb: sürücü ölüb


Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda “Howo” markalı yük avtomobili aşıb, kuzada olan qum ətrafa dağılıb

APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri və kinoloqları hadisə yerinə cəlb olunub. Xilasedicilər sürücü, 1983-cü il təvəllüdlü Haqverdiyev Xalid Əlirza oğlunun cəsədini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Qum altında insan faktorunun olması ehtimalı ilə kinoloqlar xüsusi təlim görmüş itlərlə müvafiq axtarış işləri aparıblar. Əməliyyat başa çatıb.

 MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Bakıda yük maşını aşıb: sürücü ölüb - Milliyol.az