Bakıda yol qəzası: 2 yaralı


Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi baş verib

APA-nın xəbərinə görə, avtoqəza Buzovna qəsəbəsində qeydə alınıb.

Məlumata görə, hadisə zamanı iki avtomobil toqquşub. Nəticədə avtomobillərdən birində olan sərnişinlər – 1965-ci il təvəllüdlü Hüseynova Rəsmiyyə Əhəd qızı və onun bacısı 1959-cu il təvəllüdlü Səmədova Minə Əhəd qızı xəsarət alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. 

Onlara müvafiq tibbi yardım göstərilib. Xəsarətləri nisbətən yüngül olan M.Səmədova sonrakı müalicə üçün evə buraxılıb.

Hadisəni Xəzər polisi araşdırır. Sürücülərin ifadələrinin alınması üçün saxlanıldığı bildirilir.