Bakının Nizami rayonu ərazisində qəza zamanı 1 nəfər xəsarət alıb
1999-cu il təvəllüdlü Məmmədov Pərviz Səməd oğlu Nizami Rayon İcra Hakimiyyətinin qarşısında piyada zolağından keçərkən onu "Mercedes" markalı avtomobil vurub.
Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsinə məlumat verilib. (report.az)
































