Əfqan Sadıqov həbs edildi

Bakıda yol qəzası: 1 ölü


Bakıda ölümlə nəticələnən yol qəzası baş verib

 Lent.az xəbər verir ki, Azərbaycan prospektində - Daxili İşlər Nazirliyinin qarşısında Seyidağa Süleymanov idarə etdiyi "Honda CRV" markalı, 99 CL 899 dövlət qeydiyyat nişanlı avtomobillə 1965-ci il təvəllüdlü Vəliyev Həsən Tanrıverdi oğlunu vurub. Ağır xəsarət alan piyada hadisə yerində vəfat edib.
 
Bildirilir ki, ərazidə yeraltı piyada keçidi olsa da, piyada avtomobillərin şütüdüyü yerdən yolu keçməyə çalışıb.
 
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
  
MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Bakıda yol qəzası: 1 ölü - Milliyol.az