Əfqan Sadıqov həbs edildi

Bakıda yaşayış binası yanıb: üç polis tüstüdən zəhərlənib


Ötən gecə Bakıda baş verən yanğında 3 polis əməkdaşı tüstüdən zəhərlənib
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, aprelin 24-də Bakının Nizami rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğının söndürülməsinə köməklik edən 3 polis əməkdaşı zəhərlənmə diaqnozu ilə Respublika Toksikologiya Mərkəzinə aparılıb, lazımi müalicə aldıqdan sonra evə buraxılıb.

Qeyd edək ki, yanğın zamanı binanın 50 nəfərdən çox sakin xilas edilib. Onlardan 8-i azyaşlı olub. (APA)

Fövqəladə Hallar Nazirliyinin verdiyi xəbərə görə, yanğın çoxmərtəbəli yaşayış binasının bloklarının birində zirzəmidən başlayaraq 18-ci mərtəbəyə kimi kabel şaxtasında 600 p.m elektrik kabeli yanıb.

Yanğın zamanı hadisə yerindən 40 nəfər bina sakini təxliyə, 8 nəfər azyaşlı uşaq xilas edilib. Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 02:34-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Bakıda yaşayış binası yanıb: üç polis tüstüdən zəhərlənib - Milliyol.az