Əfqan Sadıqov həbs edildi

“Bakıda vuracağımız 1 qol hər şeyi həll edə bilər” -“Kukesi”nin kapitanı


"Kukesi"nin kapitanı İliya Şameti Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin "Qarabağ"la ilk oyunundan (0:0) sonra jurnalistlərin suallarını cavablandırıb

- Hesabdan razı qaldınız?

- Bizim üçün önmli heç-heçədir. Çünki vuracağımız bir qol hər şeyi həll edə bilər. Məqsədimiz o idi ki, sərfəli nəticə əldə edək. Bunu da bacardıq.

- "Valletta" ilə oyundakı nəticəni təkrarlamaq nə dərəcədə mümkündür?

- Biz hamımız səfərdə yaxşı nəticəyə ümid edirik. Bütün komanda bu matça hazırlaşacaq. Maltada olduğu kimi, Bakıda da görüşü öz xeyirimizə başa vurmağa çalışacağıq.

- Şərab kimisiniz. Yaşlandıqca daha yaxşı oynayırsınız...

- Mümkün olduğu qədər oynamaq istəyirəm. Əgər siz məşq edirsiniz və yaxşı formadasınızsa, yaş önəmli deyil. 

- Komanda çox yaxşı müdafiə olundu. Özünüzü 3-lü müdafiədə necə hiss etdiniz?

- Arxada daha bir nəfər var idi. Düşünürəm ki, yaxşı uyğunlaşa bildik. Deyə bilərik ki, rəqib heç bir şeyə risk etmədi. Azərbaycanda da eynisini edəyəcəyimizə inanırıq.

- Aqolli ilə görüşdünüz?

- Ansi kimi uzun illər millinin formasını geyinmiş bir futbolçu ijə görüşmək xoş oldu. Keçmiş kapitan hələ də yüksək səviyyədə oynayır. Onun əlini sıxdım və dedim: Azərbaycanda görüşərik!

Bu dövrdə xəbər yoxdur.

“Bakıda vuracağımız 1 qol hər şeyi həll edə bilər” -“Kukesi”nin kapitanı - Milliyol.az