Əfqan Sadıqov həbs edildi

Bakıda uşaq bağçasında “Kasıblar” və VİP qrupu yaradılıb?


Bakı şəhəri, Yasamal rayonunda yerləşən 60 saylı uşaq bağçasında “Kasıblar” və “VİP” qrupların yaradılması ilə bağlı araşdırma aparılır

Bu barədə azvision.az-a Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən məlumat verilib.

Bildirilib ki, məsələ ilə bağlı valideynlər və direktorla görüş keçirilib, onların şikayətləri dinlənilib.

“Valideynlər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin müdiri Eldar Yunusovun qəbulunda olublar. Hər iki tərəf dinlənildikdən və məsələ araşdırıldıqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək”.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Bakıda uşaq bağçasında “Kasıblar” və VİP qrupu yaradılıb? - Milliyol.az